Erməniləri narahat edən Putin - Ərdoğan görüşü

Xəbər verdiyimiz kimi, bu gün soçidə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin görüşəcək.

Metbuat.az xəbər verir ki, görüşü erməni siyasətçiləri də diqqətlə izləyir.

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan feysbuk hesabında bildirib ki, erməni siyasətçilər bu görüşdən narahatdır. O bildirib ki, Türkiyə Qarabağ məsələsində kifayət qədər önə keçə bilib və hazırda da mümkün qədər təsirini artırmağa çalışır:

"Bugünkü Putin-Ərdoğan görüşü çox güman ki, Qarabağ ətrafındakı vəziyyəti və onun nisbi həllini müzakirə edəcək. Bu isə şübhəsiz bizim maraqlarımıza ziddir. Rusiya əsas diqqətini Ukrayna cəbhəsi istiqamətində cəmləyib, lakin o, Cənubi Qafqazda səylərini gücləndirməlidir, çünki əks halda hadisələr onun üçün gözlənilməz məcrada keçə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı