Messi dayanmaq bilmir - "İnter Mayami"dən növbəti qələbə

"İnter Mayami" MLS-də növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, komanda "Los Anceles"in qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. Lionel Messi sözügedən görüşdə start heyətdə meydana daxil olub və sonadək oynayıb. O, 51-ci dəqiqdə Albanın və 83-cü dəqiqədə Kampananın vurduğu qolların ötürməsini verib.

"Los Anceles" - "İnter Mayami" - 1:3
Qollar:
Farias, 14 (0:1), Alba, 51 (0:2), Kampana, 83 (0:2), Hollinqsxed, 90 (1:3)

"İnter Mayami" hazırda 25 xalla Şərq Konfransının turnir cədvəlində 14-cü yerdədir. "Los-Anceles" isə 40 xalla Qərb konfransında üçüncü yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR