Xankəndidə vəziyyət gərginləşir: Sentyabrın 8-də...

Araik Arutyunyanın “istefası”ndan sonra Qarabağdakı separatçılar arasında qarşıdurma yeni mərhələyə keçib.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, Samvel Babayan sentyabrın 8-i saat 10:00-a mitinq təyin edib.

O bildirib ki, erməni əhalisi küçələrə çıxmasa, həmişəlik məhv olacaqlar. Lakin Babayanın mitinqi Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırki “rəhbərliyi”nə qarşıdır.

“Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Onlar bunu gizlətmir və bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, - o deyib.

Babayan Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı