Bu bürcləri yenilik gözləyir - Sevgi, pul, şans qapıdadır

Astroloqlar həftənin çərşənbə günü üçün retro effektli bürc proqnozu hazırlayıblar.

Metbuat.az xəbər verir ki, Merkuridən sonra gələn Yupiterin retroqradı bürclərin arasına sevgi, şans, pul, xoşbəxtlik, karyerada yüksəliş gətirəcək.

Yupiterin başlanğıc retrogradı dekabrın 31-dək qüvvədə olacaq. Bu planet şans, bolluq, bərəkət və ədalət gətirəcək. Qoçlar bu retro hadisəsində bəzi maliyyə çətinlikləri yaşaya bilər. Ona görə də, yaxın bir neçə ayda maliyyə baxımından atacağınız addımlara diqqət yetirsəniz yaxşı olar. Hər bir xərcinizi nəzərə almalısınız. Digər tərəfdən, özünüzə inam məsələlərinə bir az daha çox diqqət yetirməlisiniz.

Buğa

Bu retro özünüzdə imic dəyişikliyi etmək üçün yaxşı fürsətdir. Deyəsən, retro bitənə qədər daxili səyahətlər edib, düşüncələrə qərq olacaqsınız.

Əkizlər

Siz keçmişdə ilişib qalmısınız. Bu, irəli getmək qabiliyyətinizə təsir edir. Bu müddət ərzində keçmişdə ilişib qaldığınız məsələləri həll edə bilərsiniz. Bu dövrdə ən çox dedi-qodulara fikir verin.Şayiələr düşmənlərinizi tapmağa kömək edə bilər. Sağlamlıq məsələlərinə fikir verin.

Xərçəng

Dostlarınızla əvvəlcədən plan qurmaq istəyəcəyiniz yeni dövr başlayır. Ancaq unutmayın ki, retro vaxtı diqqətli olub və ehtiyatlı addımlar atmaq lazımdır. Əks halda qərarlarınızdan peşman ola bilərsiniz.

Şir

Yupiter statusunuz və karyera evinizdə geriyə doğru hərəkət edəcək. Odur ki, karyera, yüksəliş və status baxımından atacağınız addımlara diqqət yetirməkdə fayda var. Rəhbərlərinizlə aranızda gərginlik yarana bilər.

Qız

Bu müddət ərzində gündəminizdə ən çox səyahət və təhsil olacaq. İndiyə qədər əldən verdiyiniz fürsətlərdən istifadə edə bilərsiniz.

Tərəzi

Bu retroda borc verməməyə çalışın. İnvestisiyalarınızı da inamla edin. Maliyyə məsələlərini şişirtmədən həll edin.

Əqrəb

Sizin üçün şərik olmaq, evlilik və müqavilə kimi yeni əlaqələr gündəmdə olacaq. Probleminiz varsa, onları həll etməyə davam edə bilərsiniz.

Oxatan

Bu dövrdə iş həyatınızda atacağınız addımlara çox diqqətli olmalısınız. Digər tərəfdən, gündəlik həyatınızda sakit olmağa və ünsiyyətinizdə əsəblərinizi cilovlamağa çalışın.

Oğlaq

Bu dövr sizə sevgi, sənət sahəsində uğur, yeni hobbilər gətirə bilər. Həyatınızda bəzi müsbət dəyişikliklər gözlənilir. Ancaq dekabra qədər müsbət addımlar atacağınızı da düşünmək səhv olardı. Bəzən neqativ hadisələrin yaşanması xoşbəxtlik yuxusundan ayılıb sağlam düşünməyə kömək edə bilər.

Dolça

Bu dövrdə bəzi maddi məsələlər sizi məşqul edə bilər. Yaxşı olarki ailə bağlarınızı gücləndirmək üçün addımlar atasınız.

Balıq

Bu retroda ən vacib məsələ ünsiyyət olacaq. İnsanlarla ünsiyyət zamanı düzgün addımlar atmağa diqqət yetirmək faydalıdır. Digər tərəfdən, bacı-qardaş münasibətləri, qısa səfərlərdə dəyişikliklər gözlənilir.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR