Çin səddində yeriməyə səbirləri çatmadı, yolu deşdilər

Böyük Çin səddinə qısa yol qazan iki nəfər saxlanılıb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, şübhəlilər Şansi əyalətində Ming dövrünə aid hissədə kürəklə deşiklər açdıqlarını etiraf ediblər. Dindirmə zamanı onlar bildiriblər ki, səyahət vaxtını azaltmaq üçün bu yola əl atıblar.

Qeyd edək ki, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək təxminən 17000 km uzadılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı