İkardi dünyanın ən bahalı avtomobilini aldı - FOTO

“Qalatasaray”ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu hazırda cəmi üç nüsxədə istehsal olunan “Rolls-Royce” avtomobilini əldə edib. Bu avtomobilin qiyməti 26 milyon avro olaraq qiymətləndirilir.

Deyilənlərə görə, avtomobilin üç nüsxəsindən biri mirvari hasilatı ilə zəngin olan bir sənayeçiyə, digəri Jay-Z və Beyonceyə, üçüncüsü isə Mauro İkardiyə satılıb.

Xatırladaq ki, ötən mövsüm 30 yaşlı hücumçu Türkiyə Superliqasında 24 matçda iştirak edib, 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt”-ın verdiyi məlumata görə, futbolçunun bazar dəyəri 19 milyon avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı