“Real”a Arda Gülerlə bağlı sürpriz təklif

“Real Madrid”in futbolçusu Arda Gülerlə bağlı maraqlı iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, “Real Betis” “Real”a Arda ilə bağlı təklif irəli sürüb. Bildirilir ki, “Real Betis” türkiyəli futbolçunu icarəyə götürmək istəyir. Məlumata görə, “Real Betis” “Real”a Ardanı əsas heyətdə oynadacağına dair söz verib.

Bildirilib ki, “Real” təklifə razılıq versə, Arda bütün oyunlarda əsas heyətdə yer alacaq. “Real Madrid”in təklifi geri çevirdiyi deyilir.

Qeyd edək ki, Arda Güler zədəli olduğu üçün hələki “Real Madrid”in heyətində oyuna çıxmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR