Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın detalları - SİYAHI

Azərbaycan və Gürcüstanın müdafiə sahəsində Saziş çərçivəsində hansı istiqamətlər üzrə əməkdaşlıq edəcəyi məlum olub.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan və Gürcüstan aşağıdakı sahələrdə əməkdaşlıq edəcək:

- hərbi təhsil, treninq və təlimlər;

- müdafiə və təhlükəsizlik siyasəti;

- sülhməramlı və humanitar əməliyyatlar;

- NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq;

- silahlara nəzarət və tərksilah;

- hərbi qanunvericilik;

- maddi-texniki təminat;

- mülki-hərbi əməkdaşlıq;

- müdafiə sahəsində kibertəhlükəsizlik;

- hərbi xəritəçilik;

- hərbi tibbi xidmətlər;

- sosial, idman və mədəni tədbirlər;

- humanitar minatəmizləmə;

- qarşılıqlı maraq kəsb edən digər məsələlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR