Ramos transferi klubu qarışdırdı

“Sevilla”nın ultra qrupu “Biris Norte” klubun Serxio Ramosu almasına qarşı çıxıb.

Metbuat.az xəbər verir ki, azarkeşlər keçmişdə Ramosun dəfələrlə klubla düşmənçiliyindən narazılıqlarını bildiriblər. “Biris Norte”, Ramosu transfer etdiyi üçün klubu tənqid edən açıqlama verib:

"50 ilə yaxındır ki, “Sevilla”nın ultra qrupu olaraq, bu transferi rədd etdiyimizi bildirmək istərdik. Nifrət və ya kinlə hərəkət etmirik. Lakin tərəfdarlara sevgi və hörmət lazımdır. Biz inanırıq ki, bu transfer bizim dəyərlərimizə, gerbimizi qoruyan simvollara, əfsanələrə və keçmişdə bu oyunçu tərəfindən təhqirə məruz qalan minlərlə Sevillistaya hörmətsizlikdir".

Qeyd edək ki, Serxio Ramos bir sıra təklifləri rədd edərək, az məvacibə “Sevilla” klubuna transfer olmağa razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı