Hakim telefonla danışıb penal qərarını verdi - FOTO

Portuqaliya Premyer Liqasında keçirilən "Porto" - "Aruka" matçında maraqlı epizod yaşanıb.

Metbuat.az xəbər verir ki, matçın 90-cı dəqiqəsində baş hakim Migel Nogueira “Porto”nun lehinə penalti təyin edib. Lakin VAR hakimləri onun səhv qərar verdiyini hesab edərək, epizodu izləməyə çağırıb. Epizodu izləmək üçün meydanın kənarına gələn təcrübəli hakim texniki problemə görə VAR mərkəzi ilə əlaqə saxlaya bilməyib.

O, VAR hakimləri ilə əlaqə saxlamaq üçün mobil telefondan istifadə edib. O, VAR hakimləri ilə məsləhətləşəndən sonra qərarını dəyişib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı