G20 Afrika İttifaqını daimi üzv qəbul edir

Dünyanın 20 ən böyük iqtisadiyyatını təşkil edən G20-nin Afrika İttifaqını daimi üzv kimi qəbul edəcəyi bildirilir.

Metbuat.az xəbər verir ki, Hindistanda keçiriləcək sammitdə Afrika Birliyi Avropa İttifaqı ilə oxşar statusa malik G20-nin daimi üzvü kimi qəbul ediləcək.“Bloomberg”in xəbərinə görə, illərdir qrupa daxil olmağa çalışan Afrika Birliyi qitənin 54 ölkəsini birgə təmsil edəcək.1,2 milyard əhalisi olan qitənin qrupa qoşulması ilə qrupda inkişaf etməkdə olan ölkələrin problemləri daha ətraflı müzakirə ediləcək.

Qeyd edək ki, G20 ölkələri qlobal ümumi daxili məhsulun 85%-ni, beynəlxalq ticarətin 75%-ni və dünya əhalisinin üçdə ikisini təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı