"Nicat Lənkəranski" ona sui-qəsd edəndən şikayətçi olmadı - DETALLAR

Bakının mərkəzində silahlı insident törətməkdə ittiham olunanlar - Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş, kriminal aləmdə “Nicat Lənkəranski” kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. O, əvvəllər məhkumluq həyatı yaşayıb. Bu hadisədən bir müddət sonra isə külli miqdarda narkotik dövriyyəsinə görə həbs edilib. Hazırda istintaq təcridxanasında saxlanılır.

Nicat Lənkəranski məhkəmədə ifadə verib, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib. O, bundan sonrakı iclaslarda iştirak etmək istəməyib.

Növbəti iclas sentyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, istintaqla Nəsimi rayonu ərazisində Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında Nicat Lənkəranskini sifarişlə öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlarla Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı