​Rusiya məhv edilmiş imperiyasını yenidən qurmaq istəyir - Moraviecki

Rusiya məhv edilmiş imperiyasını yenidən qurmaq istəyir.

Metbuat.az xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moraviecki belə açıqlama verib. O bildirib ki, Polşa hər qarış torpağını müdafiə edəcək.

“Bunu dünya tarixinin ən güclü hərbi ittifaqı olan NATO ilə edəcəyik” deyən Moravieckinin sözlərinə görə, Polşa ordusu daha da güclü olmalıdır. Mateuş Moraviecki Belarus Polşa sərhədindəki gərginliyə diqqət çəkib.

"Kreml təbliğatçıları Rusiyanın Polşaya qarşı düşmənçilik niyyətlərini gizlətmirlər. İlk növbədə ordunun müasir silahlanmasına diqqət yetirməliyik. Biz bunu müttəfiqlərimizlə əməkdaşlıqda edəcəyik” - Mateuş Moraviecki deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı