Dünya birjalarında neft ucuzlaşdı

Dünya bazarında neft qiymətləri cüzi azalıb.

Metbuat.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,66 % ucuzlaşaraq 1 bareli 89,33 ABŞ dollarına satılıb.

WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,78 % azalıb və 1 bareli 86,19 ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR