Azərbaycan XİN Şimali Makedoniyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyanı Milli Günü münasibəti ilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

“Milli Günü münasibətilə Şimali Makedoniya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq!

İkitərəfli və çoxtərəfli əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik! Milli bayramınız mübarək!”, - paylaşımda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı