Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi 21% artıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət dövriyyəsi 58.5 milyon dollar təşkil edib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.1% çoxdur. 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 48.3 milyon dollara bərabər olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın BƏƏ-yə ixracı illik müqayisədə 36.7% artaraq 38 milyon 180 min dollar, BƏƏ-nin Azərbaycana ixracı isə 0.8% artaraq 20 milyon 333 min dollar olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı