Kraliça II Elizabetin xatirəsinə həsr olunan sikkə hazırlanıb.
Metbuat.az xəbər verir ki, 23 milyon dollarlıq nəhəng sikkə 3,6 kiloqram 24 karatlıq qızıl və 6426 ədəd brilyantdan hazırlanıb. Sikkəyə “Tac” adı verilib.
Qeyd edək ki, ötən ilin sentyabrın 8-də Böyük Britaniyanın ən uzunömürlü kraliçası II Elizabet vəfat edib.