“Qarabağ” futbolçusu Şahruddin Məhəmmədəliyevlə vidalaşıb.
Metbuat.az xəbər verir ki, Ağdam klubu bununla bağlı videoçarx hazırlayıb.
Sosial şəbəkədə paylaşılan videoda 29 yaşlı qapıçının görüntüləri, “Qarabağ”ın heyətindəki qurtarışlar təqdim olunub. Azərbaycan çempionunun paylaşımında “Təşəkkürlər, Şah!” yazılıb.