Tanınmış futbolçu "Qarabağ"dan ayrılır? - FOTO

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb. Azərbaycan çempionu 25 futbolçunun adını UEFA-ya təqdim edib.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, yalnız hücumçu Adama Diakabinin adı heyətə salınmayıb. Klubun direktoru Əmrah Çəlikəl bununla bağlı açıqlama verib. O, fransalı hücumçunun hazırda düşərgəni tərk etmədiyini bildirib:

"UEFA-ya göndərdiyimiz "A" listində yerimiz dolub. Odur ki, kimisə siyahıdan çıxarmalı idik. Qurban Qurbanovun məsləhəti ilə Diakabini ora daxil etmədik. Amma fransalı legioner hələ heç yerə getməyib, buradadır".

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində, “Bayer 04” (Almaniya), “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR