Bakıda təhsil işçilərinin sentyabr konfransı keçirilir

Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilir.

Metbuat.az xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, ali məktəb rektorları, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.

Tədbirdən öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı