U-19 millimiz Albaniya ilə heç-heçə etdi

Albaniyanın Elbasan şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək (U-19) futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun heç-heçə yekunlaşıb - 0:0.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da keçirilən görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR