“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi özünə 10,8 milyon dollar dəyərində malikanə alıb.
Metbuat.az xəbər verir ki, bu barədə “The Real Deal” məlumat yayıb.
Malikanə okeanın Fort Lauderdale sahilində yerləşir, 8 yataq otağı, spa otağı, idman zalı, hovuzu var. Malikanə Drayv Pink Stadionundan və argentinalı hücumçunun hazırkı komandasının məşq meydançasından təxminən 5 mil aralıda yerləşir.
Malikanə özü 1988-ci ildə tikilib və 2000-ci ildə genişləndirilib. Qeyd edilir ki, əvvəlki sahiblər bu malikanəni 9 milyon dollara alıb, Messiyə isə 10,8 milyon dollara satıblar.