ABŞ-dan Putin-Kim Çen In görüşü barədə açıqlama

ABŞ Dövlət Departamenti bəyan edib ki, Şimali Koreya Rusiyaya silah tədarük etməyə razılaşarsa, Vaşinqton lazımi addımları atmaqdan çəkinməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib. Şimali Koreya ilə Rusiya arasında hər hansı bir silah tədarükünün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsini pozacağını xatırladan Miller bildirib ki, ABŞ bu məsələdə mövqeyini əvvəllər də bəyan edib.

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder bildirib ki, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında görüş silah müqaviləsi ilə bağlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı