"​Kapital Bank" 10 tələbəyə təhsil təqaüdü verdi

Qırmızı Ürəklər Fondunun “Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” aksiyasına ilk olaraq Kapital Bank qoşuldu. Ölkənin birinci bankının aksiyaya ianə etdiyi 15 000 AZN məbləğlə 2023/2024-cü tədris ilində 10 tələbəyə təhsil təqaüdü veriləcək.

Xatırladaq ki, “Onu oxut” ianə aksiyasıdır. Aksiyanın məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Hazırda aksiyanın imkanlarından yararlanmaq istəyən 30-a yaxın tələbə Qırmızı Ürəklər Fonduna müraciət edib: https://bit.ly/rhttqv.

Aksiyaya qoşularaq gənclərin təhsil almaq və daha gözəl gələcək qurmaq arzularına yardımçı olmaq mümkündür. İanələri Fondun veb-saytıhttps://bit.ly/rhttq, Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi ilə etmək olar. Etdiyimiz gözəl əməllərin bizə geri qayıtdığını bilərək “Onu oxut”a dəstək ola bilərsiniz.

Qırmızı Ürəklər 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı