Əsrin fəlakətində ölənlərin sayı 6 minə çatdı

Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.

Metbuat.az xəbər verir ki, Liviyanın rəsmi xəbər agentliyi LANA-nın xəbərinə görə, sel fəlakətində təkcə Derna şəhərində ölənlərin sayının 6 minə yüksəldiyi bildirilib.

Fransa daxili işlər naziri Gerald Darmaninin eks sosial media platformasındakı açıqlamasına görə, Fransa Prezident Emmanuel Makronun göstərişi ilə Liviyaya səhra xəstəxanası göndərəcək. Xəstəxananın fəaliyyətə başlaması üçün personal Liviyaya göndərilib. Makron daşqından zərər çəkən Liviya xalqı ilə həmrəy olduğunu bəyan edib. Seldə həyatını itirənlərin ailələrinə başsağlığı verən Makron Fransanın təcili yardım göstərmək üçün resurslarını səfərbər etdiyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı