Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 3 dəfə artıb

2023-cü ilin birinci yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 45 milyon 446 min dollar təşkil edib.

Metbuat.az Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə və ya 30 milyon 167 min dollar çoxdur. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 15 milyon 447 min dollar təşkil edib.

Qeyd edək ki, bu dövrdə Gürcüstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 37.2% azalaraq 8.9 milyon dollara bərabər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı