​“Beşiktaş” ulduz futbolçunu razı salmağa çalışır

“Beşiktaş” İngiltərənin “Nottingem Forest” klubundan ayrılan 30 yaşlı futbolçu Cessi Linqarda təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, bir sıra ölkələrdə transfer dövrü bitdiyi üçün Linqard üçün “Beşiktaş”ın uyğun seçim olduğu bildirilir. “Todofichajes”in xəbərinə görə, karyerasında yeni sıçrayış etmək istəyən Linqard “Beşiktaş”ın təklifinə hələlik cavab verməyib.

Məlumata “Beşiktaş” Cessi Linqardın menecerinə futbolçunun yekun qərarını verməsi üçün tələb irəli sürüb.

Qeyd edək ki, əsas mövqeyi 10 nömrə olan futbolçu sağ və sol cinahlarda da oynaya bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR