Finlandiya Rusiya ilə sərhədə hasar çəkir

Finlandiya Rusiya ilə sərhədi hasara almaq barədə qərar verib.

Metbuat.az xəbər verir ki, Finlandiyanın Rusiya ilə cənub-şərq sərhədi boyunca tikdiyi 3 kilometr uzunluğunda yeni hasar istifadəyə verilib.

Finlandiyanın rəsmi dairələrinin məlumatına görə, ölkə Rusiya ilə təxminən 1300 kilometr uzunluğunda olan sərhədi tamamilə hasarlamağı planlaşdırmır, lakin əsas sərhəd nöqtələrində təxminən 200 kilometr hasar çəkmək planlaşdırılır.

Açıqlamaya görə, hasarların məqsədi qeyri-qanuni sərhəd keçidlərinin və mümkün hibrid hücumların qarşısını almaqdır. Yeni hasarın inşa edilməsinə start verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR