Türkiyə klubu "Qarabağ"ın daha bir futbolçusunu istəyir

Şahruddin Məhəmmədəliyevin ardından "Qarabağ"ın daha bir futbolçusu karyerasını Türkiyyənin Super Liqa təmsilçilərindən olan "Adana Demirspor"da davam etdirə bilər.

Metbuat.az "FotoMaç" a istinadən xəbər verir ki, "mavi şimşəklər" 22 yaşlı cinah müdafiəçisi Toral Bayramovun xidmətində maraqlıdır. Məlumata görə, Adana klubu qış transfer pəncərəsində Ağdam klubuna rəsmi təklif göndərəcək.

Bayramov bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 11 oyuna çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Şahruddin "Adana Demirspor"la 2 illik müqavilə bağlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı