Paşinyan Putinə zəng əvəzinə niyə məktub göndərib? - YENİ DETAL

Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyan bölgədə yaranan gərginlik fonunda bir gündə 5 ölkə rəhbərinə zəng etdi. İran Prezidenti Seyid İbrahim Rəisi, Fransa prezidenti Emmannuel Makron, ABŞ Dövlət katibi Antoni Blinkenlə, Almaniya kansleri Olaf Şoltsla və Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri də Paşinyanın Putinə zəng etməməsi olub.

Ermənistanın "Hrapaprak" nəşrinin məlumatına görə, əslində, Paşinyan Putinə zəng edib. Lakin Kreml zəngə cavab verməyib: "Hakimiyyətə yaxın mənbə deyir ki, Nikol Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onları Rusiyaya qarşı olmadıqlarına inandırıb".

Nəşr həmçinin qeyd edir ki, Paşinyan bundan sonra Rusiyaya qarşı mövqeyini yumşaltmağa çalışıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumundançıxış edərək bildirib ki, Paşinyan ona zəng yox, ətraflı məktub göndərib: "Biz onunla təmasdayıq. Ermənistanla, Baş nazir Paşinyanla heç bir problemimiz yoxdur", - deyə o qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı