Nejat İşler xəstəxanaya yerləşdirildi

Məşhur türk aktyor Nejat İşlər təcili xəstəxanaya yerləşdirilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb aktyorun həddindən artıq spirtli içki içməsidir.

Qeyd edək ki, aktyor bundan öncə də eyni problemlə qarşılaşmışdı. O, 2014-cü ildə xəstəxanada bir neçə ay qalmışdı. Buna baxmayaraq yenə də içki içməyə davam edən aktyorun vəziyyəti pisləşib.

Xatırladaq ki, 51 yaşlı aktyor "Aile" serialında rol alır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR