ABŞ-dan Şimali Koreyaya xəbərdarlıq

ABŞ-ın Müdafiə Nazirliyi Şimali Koreyanın Rusiyaya silah dəstəyinin Ukrayna müharibəsini uzadacağını bəyan edib.

Metbuat.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Şimali Koreya lideri Kim Çen Inla Rusiya Prezidenti Vladimir Putinin görüşünə dair açıqlamalar verib. O bildirib ki, bu müharibədə Rusiyaya dəstək verən istənilən ölkə Ukraynadakı münaqişəni uzadır. Bu mövzuda daha əvvəl dəfələrlə Şimali Koreyaya xəbərdarlıq etdiklərini xatırladan Sinq, Şimali Koreyanı Rusiya ilə silah müqaviləsi bağlamaması üçün xəbərdar edib.

Rusiyanın müdafiə naziri Seyqey Şoyqunun Şimali Koreya ilə birgə təlimlərin keçirilməsi barədə açıqlamasına da cavab verən, Sinq bunun ABŞ-Yaponiya-Cənubi Koreya münasibətlərinə təsir etməyəcəyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı