İçki və tütün istehsalı artıb

Emal sənayesində bu ilin yanvar-avqust aylarında 11785,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26,7%, qida məhsullarının istehsalında 11,2%, tütün məmulatlarının istehsalında isə 6% artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 52,2%, unlu qənnadı məmulatlarının istehsalı 24,3%, siqaret istehsalı 14,5%, meyvə-tərəvəz konservlərinin istehsalı isə 2,7 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı