Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Metbuat.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.