İstanbuldakı kafelərdən birinə silahlı hücum olub.
Metbuat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində 6 şübhəli saxlanılıb. Onlardan 5-nin İsveç vətəndaşı olduğu bildirilib. Şübhəlilələrdən 5-i həbs edilib.
Məlumata görə, hücum zamannı kafedə olann azərbaycanlı yaralanıb. O, xəstəxanaya yerləşdirilib.