İƏT Baş Prokurorluğu Şurası yaradılacaq

"Hazırda İslam Əməkdaşlıq Təşkilatı Baş Prokurorluğu Şurasının yaradılması üzrərində işləyirik".

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin baş prokuroru Bəkir Şahin deyib.

Onun sözlərinə görə, Şuşada və Füzulidə çox binalar dağıdılıb yerlə yeksan edilib.

"Bu həqiqətən məni çox sarsıtdı. Sevindirici haldır ki Şuşada çox böyük tikinti və yenidənqurma işləri aparılır. İnanıram ki bir ildən sonra bura gəldikdə daha da gözəl bir Şuşanın görmüş olacam. Şuşanın bu qədər gözəl və füsunkar təbiətinin olduğunu təsəvvürümə gətirməmişdim".

"İnşallah yaxın gələcəkdə Xankəndində Azərbaycan bayrağı dalğalanacaq və biz də qürurla oranı ziyarət edəcəyik. Bu günü səbrsizliklə gözləyirik".

B.Şahin bildirib ki, ermənilər verdikləri sözə əməl etmirlər:

"Əslində onların bu sözü yerinə yetirmələri vacibdi. Onlar odla oynayırlar. Tez bir zamanda onların Azərbaycan torpaqlarından çıxması lazım olduğunu düşünürəm. Tez bir zamanda Zəngəzur dəhlizinin açılmasını gözləyirəm".

Türkiyənin baş prokuroru təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyinə diqqət çəkib. Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb:

"2012-ci ildə İƏT-in baş prokurorları iclası Tehranda, 2-cisi isə Antalyada, 3-cü İslamadda keçirilib. 4-cü iclasın da qardaş Azərbaycanda keçirilməsi bizi çox sevindirir. 2021-ci ildə Türk Dövlətləri Təşkilatı (TDT) dövlətlərin baş prokurorları şurasını qurduq. Hazırda isə İslam Əməkdaşlıq Təşkilatı Baş Prokurorluğu Şurasının yaradılması üzrərində işləyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı