Ronaldo məşhur klubu məhkəməyə verdi

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo keçmiş klubu "Yuventus"u məhkəməyə verib.

Metbuat.az xəbər verir ki, buna səbəb pandemiyası zamanı maaşların verilməməsi olub.

38 yaşlı hücumçu həmin dönəmdə ödənilməmiş 19,9 milyon avronu geri qaytarmaq üçün hüquqi prosedurlara başlayıb.

Qeyd edək ki, 2018-2021-ci illərdə Turin klubunun formasını geyinən Ronaldo 134 oyunda 101 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı