Müharibədə həlledici uğur - Bu şəhəri azad etdilər

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski Baxmut şəhərinin cənubundakı strateji əhəmiyyətli Klişçiivka şəhərinin ruslardan geri alındığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Baxmut cəbhəsində toqquşmalar davam edir. Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak da Baxmut istiqamətində uğurlar əldə edildiyini ifadə edib. O, sosial mediada “Klişçiivka Ukraynadır” deyə qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Baxmut şəhərinin cənubunda yerləşən Andriivka kəndinin Rusiya işğalından azad edildiyini açıqlasa da, Rusiya iddiaları təkzib edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı