​"Arsenal" "Barselona"nın istədiyi futbolçu üçün hərəkətə keçdi

"Arsenal" "Barselona"nın istədiyi futbolçu üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Arsenal" "Real Sosyedad"ın futbolçusu Martin Zubimendi ilə maraqlanıb. İddia edilir ki, "Arsenal" futbolçunun 51 milyon funt-sterlinq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

"El Nacional"ın xəbərinə görə, Zubimendi indiyədək iki dəfə İspaniya formasını geyinib. O, ötən mövsüm "Real Sosyedad"ın heyətində 44 matçda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Futbolçu bu mövsüm La Liqada keçirdiyi 4 matçın hamısında start 11-də başlayıb və 90 dəqiqə meydanda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR