2023-cü ilin avqust ayında Azərbaycanda əhali kafe və restoranlara 186 milyon 101 min manat vəsait xərcləyib.
Metbuat.az Dövlət Statistika Komitəsinə stinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin avqust ayı ilə müqayisədə 33.8% və ya 47 milyon 51 min manat çoxdur. 2022-ci ilin avqust ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 139 milyon 49 min manat təşkil edib.
Xatırladaq ki, cari ilin avqust ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 919,4 milyon manat təşkil edib.
Əlavə edək ki, 2023-cü ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi 1 milyard 314,7 milyon manata bərabər olub.