Mən bu danışıqlarda uğur qazana bilmədim - Ərdoğan

"Çox açıq və aydın desəm, bu müharibənin uzun müddət davam edəcəyi və tez bitməyəcəyi aydındır".

Metbuat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib. O, Ukraynadakı müharibənin nə qədər davam edəcəyi və nə vaxt bitəcəyi ilə bağlı əvvəlcədən nəsə deməyin mümkün olmayacağını bildirib:

"Biz çox ümidli olmaq istəyirik. Cənab Putin əslində bu müharibənin tez bir zamanda bitməsinin tərəfdarıdır. Mən bunu sadəcə onun sözlərinə görə deyirəm ki, cənab Putin, istəyir ki, müharibə mümkün qədər tez bitsin. Onun dediyi belədir və mən onun sözlərinə inanıram".

Digər tərəfdən, Ərdoğan 2014-cü ildə Putinlə Krımla bağlı danışıqlar apardığını qeyd edib:

"Mən bu danışıqlarda uğur qazana bilmədim və Krımdan çəkilmələrini təmin edə bilmədim. Düşünürəm ki, bu, indi mümkün olmayacaq. Məncə, bunu yalnız zaman göstərəcək", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR