Aparıcı Ərdoğanı qəzəbləndirdi - "Sözümü kəsməyə haqqınız yoxdur"

ABŞ-ın “PBS” kanalına müsahibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aparıcı arasında gərginlik yaşanıb.

Metbuat.az xəbər verir ki, aparıcı "Osman Kavala, Sedef Kabaş kimiləri susdurmağa çalışırsınız?" sualına reaksiya verən Ərdoğan deyib:

"Bu sizi niyə bu qədər narahat edir? Türkiyə hüquq dövlətidir. Hüquq dövlətində belə qərarlar məhkəmə tərəfindən verilir. Əgər məhkəmə bu istiqamətdə qərar veribsə, o zaman məhkəmənin verdiyi bu qərara hörmətlə yanaşaq. Mənim sözümü kəsməyə haqqınız yoxdur. Mən ədliyyə adından danışa bilmərəm. Sizin qeyd etdiyiniz bu şəxs (Kavala) etiraz aksiyalarının maliyyəçisi olub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı