Paşinyan çıxılmaz vəziyyətdədir, əgər ordu göndərsə... - Politoloq

“Ermənistanın baş naziri Nikol Paşinyan erməni ordusunu Qarabağa göndərməyə qorxur. Çünki əvvəla, bilir ki, ordusu darmadağın ediləcək. İkincisi, əgər indi Ermənistan ordusu Azərbaycan ərazisinə girərsə, cavabında Azərbaycan ordusu da Ermənistan ərazisinə daxil olaraq, Zəngəzur dəhlizini nəzarətə götürə bilər”.

Metbuat.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

O əlavə edib ki, əgər Paşinyan Azərbaycana ordu göndərsə, cavabında Azərbaycan da Ermənistan ərazisinə daxil olsa, KTMT-nin İrəvanın qarşısında heç bir öhdəliyi olmayacaq. Çünki Ermənistan təcavüzə uğrayan tərəf yox, təcavüz edən tərəf olacaq.

Markovun açıqlamasına əsasən politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Nikol Paşinyanın sülh müqaviləsini uzatmasına səbəb hakimiyyətdən devrilmək qorxusudur:

"Dünənki açıqlaması ilə müharibəyə qoşulmayacağını bəyan edən N. Paşinyan erməniləri çıxılmaz vəziyyətdə qoyaraq, reallığı qəbul etdirməyə sövq etdi. Sülh danışıqlarında Paşinyan açıq formada Azərbaycanın Qarabağa tam nəzarət etdiyini bəyan edəcək. Ümumiyyətlə, separatçılar silahı yerə qoymur və müqavimət göstərirlər. Bununla da Qarabağda yaşamaq hüquqlarının üstündən xətt çəkirlər".

Politoloq qeyd edib ki, Qarabağda bundan sonra silahlı erməni qruplaşmaları qalmamalı və ərazilərimiz tam silahsızlaşdırılmalıdır. M.Əsədullazadə əminliklə ifadə edib ki, Azərbaycan Xankəndi, Ağdərə, Xocalı və Xocavəndə nəzarəti bərpa edəcək.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı