Prokurorluqdan bu şəxslərə XƏBƏRDARLIQ

Ötən gündən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir.

Metbuat.az xəbər verir ki, bunu keçirilən brifinqdə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov keçirilən brifinqdə deyib.

    Baş Prokurorluğun rəsmisi diqqətə çatdırıb ki, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur: "Hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərir və bu tipli istənilən qanunsuz hərəkətin qarşısı alınacaq, qanunsuz hərəkətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq. Əminliklə bildiririk ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə yol verilməyəcək".


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı