İlk günün 5 mühüm hadisəsi - Türkiyə KİV

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları Türkiyə mediasının da gündəmindədir.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası Azərbaycanın Müdafiə Nazirliyinə və öz mənbələrinə istinadən antiterror əməliyyatlarının indiyə qədər olan nəticələrini təqdim edib. Türkiyə mediası Azərbaycan ordusunun ilk uğurlarını 5 başlıqda təhlil edib:

1. Qarabağdakı strateji əhəmiyyətli Snarsənq bəndi Azərbaycanın nəzarətinə keçib.

2. Separatçı qüvvələr Ağdərəni boşaltmalı olub.

3.Azərbaycan ordusu Xankəndi ətrafında antiterror əməliyyatlarının intensivləşdirib.

4.Ermənistan silahlı qüvvələrinə məxsus çoxlu sayda hərbi maşın və silah-sursat ələ keçirilib.

5.Azərbaycan ordusu Əsgəran və Xocavənd ətrafında müdafiə xəttini keçərək mühüm irəliləyişlər əldə edib.

Xəbərdə həmçinin separatçıların 60-dan çox mövqeyinin Azərbaycan ordusunun nəzarətinə keçdiyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR