Separatçılar Yevlaxda görüşə razılıq verdi - "Caliber"

"Erməni separatçılar Yevlaxda görüşə razılıq veriblər".

Metbuat.az bildirir ki, bu barədə qondarma rejimə bağlı Teleqram kanallarına istinadən Caliber məlumat yayıb.

Qeyd edək ki, qondarma rejimin "rəhbərliyi" təcili iclas çağırıb. İclasda cinayətkar rejimin "rəhbəri" Şahramanyan bildirib ki, onlar "məcburi addımlar" atacaqlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Yevlaxda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əhalisinin nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib. Lakin antiterror tədbirlərinə son qoymaq üçün qanunsuz erməni silahlı birləşmələri ağ bayraq qaldırmalı, bütün silahları təhvil verməli, qanunsuz rejim isə özünü buraxmalıdır. Əks təqdirdə antiterror tədbirləri sona qədər davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı