Rusiya iddiaları rədd etdi

Rusiyanın Seuldakı səfirliyi Moskva və Pxenyan arasında keçirilən ikitərəfli sammitdə hərbi əməkdaşlığın müzakirə edildiyi barədə xəbərləri təkzib edib.

Metbuat.az xəbər verir ki, "Biz Cənubi Koreyalı tərəfdaşlarımızı birbaşa məlumatlandırmışıq ki, ABŞ və Cənubi Koreya mediasında müzakirə olunan hərbi əməkdaşlıqla bağlı spekulyasiyalar əsassızdır", - bəyanatda deyilir. Açıqlamada deyilir ki, Rusiya yaxşı qonşu və uzunmüddətli tərəfdaşdır. Bildirilib ki, Moskva Şimali Koreya ilə qarşılıqlı faydalı əlaqələrin inkişafı da daxil olmaqla, üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə əməl edir.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edərək, Prezident Vladimir Putinlə bir araya gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı