120 milyonluq böhran - Penaltini vura bilmədiyi üçün “cəzalandırıldı”

"Napoli"nin ən önəmli ulduzu Viktor Osimhen ilə yeni baş məşqçi Rudi Qarsiya arasında gərginlik baş verib.

Metbuat.az xəbər verir ki, tərəflərin mübahisə etdiyi irəli sürülür. Məlumata görə, Osimhen komandasının "Bolonya" ilə qolsuz bərabərə qaldığı matçda oyunun yekunlaşmasına 4 dəqiqə qalmış əvəzlənməsinə etiraz edib. Məlumata görə, penalti zərbəsindən yararlana bilməyən nigeriyalı hücumçu son dəqiqələrdə əvəzlənməsinə qarşı çıxıb. “Napoli”nin fransalı baş məşqçisi Rudi Qarsiya futbolçusu ilə mübahisənin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Viktor Osimhenin transfer qiyməti 120 milyon avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı