“Azərbaycan polisi erməniəsilli sakinlərə su paylayır” - Hikmət Hacıyev

“Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

"Azərbaycan polisi Rusiya sülhməramlıları ilə birlikdə yolda olan erməni mülki şəxslərə su paylayır və onlardan başqa nəsə lazım olub-olmadığını soruşur. Ünsiyyət rus, hətta Azərbaycan dilində aparılır", - o qeyd edib.

H.Hacıyev vurğulayıb ki, vaxtilə azərbaycanlılarla birgə yaşayan bir çox ermənilər Azərbaycan dilini xatırlayırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı