Rövşən Əsgərov Rusiyada yenidən cərimələndi

"Nə? Harada? Nə vaxt?" televiziya şousunun keçmiş iştirakçısı Rövşən Əsgərov Rusiyada yenidən cərimələnib.

Metbyuat.az xəbər verir ki, o, "xarici agent" statusunu göstərmədən internetdə məlumat yerləşdirdiyinə görə 40 min rubl (təxminən 706 manat) məbləğində cərimə edilib.

Xatırladaq ki, Rövşən ötən ay Moskvanın Savelovsk məhkəməsi tərəfindən xarici agent qaydalarını pozduğu üçün 40 min rubl məbləğində cərimə edilmişdi.

Qeyd edək ki, ötən ilin mayında Rövşən Əsgərov barədə Rusiyada qiyabi həbs qərarı çıxarılmışdı. O, feysbuk hesabındakı paylaşımlarda nasizmi reabilitasiya etməkdə ittiham olunur. O, daha əvvəl Rusiya Ədliyyə Nazirliyi jurnalistiin adını xarici agentlərin siyahısına salıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı